Hydro-Geo

Geologiya asan peşə deyil.
...innovativ texnologiyalar tətbiq etməklə
görmədən təsvir edirik...

  • EN
  • Haqqımızda

                                                                          BİZ KİMİK ?

      “HYDRO-GEO ENVİRONNEMENT GROUP” yüksək texnologiyalar sahəsində, eyni zamanda geoloji, hidrogeoloji və ekoloji məsələlər üzrə təcrübəli mütəxəssislərlə komanda şəklində fəaliyyət göstərir. Şirkətimizin əsas məqsədi Azərbaycanda və ölkə xaricində bu sahədə daha keyfiyyətli, peşəkar, obyektiv xidmətlər göstərməkdir.

    Şirkətimiz təsis edildiyi vaxtdan bu günə kimi bir çox iri və strateji layihələrdə uğurla iştirak etmiş və hər bir layihəni uğurla tamamlamışdır.

    Bizim şirkətdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi “Əmək Məcəlləsi”nə, beynəlxalq norma və standartlara uyğun təşkil edilmişdir. İşçilərin sağlam və təhlükəsiz işləməsi üçün sanitar-gigiyena normalarına uyğun iş şəraitinin yaradılmasına nəzarət edilir, işçilər normalara uyğun fərdi mühafizəsi vasitələri ilə təmin edilir və dövri olaraq tibbi müayinədən keçirilirlər.

     

    MİSSİYAMIZ - Müasir texnologiyaları tətbiq edərək, yüksək xidmətlərimizlə tərəfdaşlarımızın rəğbətini qazanıb, ölkəmizlə birgə inkişaf etməkdir.

     

      MÜTƏXƏSSİS HEYƏTİ - Heyətimiz   öz   ixtisas   istiqaməti   üzrə   tam   təkmilləşmiş   mütəxəssislərdən ibarətdir. İstər geoloji, hidrogeoloji istərsə də layihələndirmə işləri üzrə müxtəlifelmi   dərəcələri   olan   əməkdaşlarımızın   məsləhətləri   ilə   layihə   həll   variantları təqdim edilir. Komandamızda müxtəlif istiqamətlər üzrə öz ixtisaslarının ən ali mərtəbələrinə ucalmış akademik, elmlər doktoru, elmlər namizədi və digər elmi dərəcələri olan professional mütəxəssislər fəaliyyət göstərir. Bu da layihələrin daha operativ idarə edilməsinə və qərarların anında düzgün verilməsinə təkan verir. Bundan   başqa   ərazilərdə   xidmət   göstərən   texniki   istiqamətlərdə  çalışan işçilər də hər biri öz sahələri üzrə müəyyən təlimlərdə iştirak etmiş, təcrübələr toplamış, öz sahələri üzrə təkmilləşmiş   və müvafiq sertifikatlaşma prosesini keçmiş işçi heyətindən ibarətdir. Texniki istiqamətlərdə çalışan sahə işçiləri ən az 10 il müvafiq sahələrə uyğun iş təcrübəsinə malik olan heyətdir.