Geologiya yerin qabığı adlanan üst bərk qatı və daha dərin qatları (sferləri) haqqında elmlər kompleksidir. Sözün əsl mənasında geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunlaqları və kəşfiyyat üsulları haqqında elmdir. Şirkətimiz HYDRO-GEO ENVİRONNEMENT GROUP MMC-də öz növbəsində ixtisaslaşmış mütəxəssislərlə birgə aşağıda göstərilmiş geoloji elmlərlə məşğul olmaqdadır.
Yeraltı suların axtarışı və kəşfiyyatı ; Yeraltı su mənbəyinin təyini və istismar ehtiyyatının qiymətləndirilməsi ; Yeraltı suların laboratoriya ölçmələri və təhlili ; Mineral-termal suların axtarışı və kəşfiyyatı ; Kəhriz və bulaqların tədqiqi, bərpası və yeni kəhriz sistemlərinin tikintisi ; Yeraltı suların monitorinqi (su səviyəsi üzrə, keyfiyəti üzrə, dinamikası üzrə)
Şaquli Elektrik Zondlama (ŞEZ), Maqnitometrik kəşfiyyat, Qravimetrik kəşfiyyat, Maqnitotellurik kəşfiyyat işlərinin aparılması və tədqiqat nəticələrinin təhlili, 2D və 3D xəritələrinin hazırlanması.Quyularda geofiziki karotaj işlərinin aparılması və nəticələrin təhlil edilərək quyu konstruksiyasının hazırlanması.
Mühəndisi geologiya tədqiqatlar əsasında: tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; özül, karxana, kanal və digər qazımalarda divarların möhkəmliyi; su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; su hövzəsi sahillərinin yuyulması; qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; seysmik, karstlaşma, sürüşmə və başqa zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir.
Su mənbələrində yeraltı və ya yerüstü sulardan laborator analizlər götürməklə suların fikizi-kimyəvi xarakteristikasının təyini, təsnifatlandırılması və hidrogeokimyəvi xəritələrin hazırlanması. Təsnifatlandırılmış su mənbələrinin içməli və ya texniki su kimi yararlılığının təyin edilməsi.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı məqsədi ilə təyin olunmuş ərazilər üzrə geologi və mühəndis geoloji tədqiqat işlərinin aparılması və gotürülmüş süxur nümunələrinin uygun laborator analiz edilməsi işləri.